“Sumqayıt”ın əvəzediciləri məşqlərə start verəcək
07.01.2013 - 20:35
“Sumqayıt”ın əvəzedici komandası istirahəti başa vurub. Apasport.az-ın məlumatına görə, tibbi müayinədən keçən futbolçular sabahdan etibarən məşqlərə başlayacaq.
Baş məşqçisi Vaqif Paşayev komandanın hazırlıq mərhələsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
“Artıq iki gündür ki, futbolçular tibbi müayinədən keçir. Bu gün tam olaraq, işləri yekunlaşdıracağıq. Sabahdan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda fiziki hazırlığa start verəcəyik. Yanvarın 20-dən başlayaraq isə topla çalışmalara başlayacağıq. Hazırlıq ərəfəsində 2-3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Komandada dəyişikliklər də olacaq. 3-4 futbolçu komandanı tərk edəcək, əlavə olaraq yeniləri heyətə cəlb olunacaq”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0