“Xəzər Lənkəran” bütün mövqeləri gücləndirir
08.01.2013 - 17:06
Cari mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə “Xəzər Lənkəran” Türkiyənin Antalya şəhərinə yola düşəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın təlim-məşq toplanışı yanvar 13-dən fevralın 5-dək davam edəcək.
Qış fasiləsi dönəmində komandaya bütün mövqelər üzrə yeni futbolçuların da cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə bir sıra futbolçu komandanın düşərgəsində baxışdan keçəcək.
Toplanış çərçivəsində bir neçə sınaq oyununun keçirilməsi planlaşdırılıb. Belə ki, “Xəzər Lənkəran” yanvarın 19-da Moldovanın “Rapid”, 22-də Ukraynanın “Krivbass”, 30-da isə Çexiyanın “Pribram” klubu ilə yoldaşlıq görüşləri keçirəcək.
Bundan başqa, “ağ-yaşıllar”ın yanvarın 26-da və fevralın 2-də daha 2 yoldaşlıq görüşü keçirəcəyi məlum olsa da, rəqiblər hələlik dəqiqləşməyib.
Xatırladaq ki, komanda bu müddət ərzində Antalyada məşhur “Ela Quality Resort Hotel”də qalacaq.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0