Bekhemə 12 klubdan təklif gəlib
09.01.2013 - 22:49
Amerika MLS təmsilçisi “Los Anceles Qalaksi”də çempionluq sevinci yaşayan və daha sonra komandadan ayrılan Devid Bekhemə Avropa ilə yanaşı dünyanın dörd bir yerindən transfer təklifləri gəlib. Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçini 12 klub heyətində görmək istəyir.
Məşhur futbolçu hələ hansı komandaya keçəcəyini bir müddət gizli saxlamaq niyyətindədir. Lakin İngiltərə mətbuatı iddia edir ki, Bekhem gələn həftə yeni klubunun adını ictimayətə açıqlayacaq.
İddialara görə Devid Cənubi və Şimali Amerika, Cənubi Afrika, Rusiya, Çin, Qətər və həmçinin Orta Şərq ölkəsinin klubundan da təklif alıb.
Qeyd edək ki, Devid Bekhem “Los Anceles Qalaksi”nin heyətində 5 mövsüm çıxış edib. O, burada 115 matda forma geyinib və 18 qola imza atıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0