Fomenko "İnter"ə keçdi
10.01.2013 - 01:13
Bir neçə gündən sonra Antalyaya yollanacaq "İnter" ilk transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinad məlumatına görə, “bankirlər” ukraynalı hücumçu Yuri Fomenko ilə anlaşıb.
"Kəpəz" klubundan ayrılan futbolçu ilə “İnter” 6 aylıq müqavilə imzalayıb.
Qeyd edək ki, 26 yaşlı hücumçu karyerası ərzində Ukraynanın "MFK Nikolayev", "Stal"(Alçevsk), "Prikarpatye"(İvano-Frankovsk) və "Qelios"(Xarkov) klublarında çıxış edib. 2011-ci ildən "Kəpəz" klubunda forma geyinən forvard Azərbaycan Premyer Liqasında 50 dəfə meydana çıxıb və 14 qola imza atıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0