“Anji”dən Sneyderə transfer təklifi
10.01.2013 - 05:59
Heyətində Lassana Diarra, Lacina Traore və Samuel Eto’O kimi məşhur futbolçuları olan “Anji” “İnter”dən ayrılacağı gündəmə gələn Uesli Sneyderi transfer etməyi planlaşdırır. Apasport.az saytının Rusiya mətbuatına istinad məlumatına görə, Mahaçqala klubu hollandiyalı yarımmüdafiəçiyə ilinə 5 milyon avroluq rəsmi təklif göndərmək niyyətindədir.
Baş məşqçi Qus Hiddinkin də sərəncamında görmək istədiyi futbolçu ilə “Anji” rəhbərliyi yaxın günlərdə danışıqlara başlayacaq.
Qeyd edək ki, ötən gün Uesli Sneyder üçün “İnter”lə “Qalatasaray” rəhbərliyi razılığa gəlib. Lakin yarımmüdafiəçinin özü bununla bağlı hələ fikrini açıqlamayıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0