Rusiya - Azərbaycan oyunu ilin hadisəsi sayıldı
10.01.2013 - 10:27
Rusiyanın “Sport-Ekspress” qəzeti 2012-ci ilin yekunlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, keçən ildə postsovet məkanında seçilən 10 ən önəmli olay arasında Rusiya – Azərbaycan matçı da yer alıb və sıralamada 5-ci olub.
Qonşularımız 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da “Lujniki” stadionunda 1:0 hesabı ilə qalib gəldikləri matçda qol buraxmayan İqor Akinfeyevin rekorduna böyük önəm verib.
Belə ki, 26 yaşlı qapıçı ardıcıl 8-ci oyununda top buraxmayaraq, millidə “quru seriya”sını 708 dəqiqəyə çatdırıb. Bu isə bütün dövrlər üçün, yəni təkcə Rusiyanın yox, eyni zamanda keçmiş SSRİ-nin mütləq rekordu olub. Ruslar bu olayı hələ oktyabrda ayın hadisələrindən biri saymışdı.
Qeyd edək ki, millimiz xal qazanmağa yaxın olduğu həmin oyunun sonunda penaltidən buraxdığı qolla uduzub.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0