“AFFA Azərbaycanda uşaq futboluna ciddi diqqət ayırır”
10.01.2013 - 17:42
Ukraynanın 19 yaşlılardan ibarət yığmasının (U-19) baş məşqçisi Aleksandr Petrakov Azərbaycan haqda yenə xoş sözlər işlədib. Apasport.az saytının məlumatına görə, Valentin Qranatkinin xatirə turnirində millimizlə bir qrupda yer alan mütəxəssis Ukrayna mətbuatına verdiyi müsahibədə ölkəmizdə futbolun inkişafına böyük diqqət ayrıldığını bildirib.
O, bu işdə AFFA-nın əməyini qeyd edib: “Mən bu yaşda yığmaları çox yaxşı tanıyıram. İndiki turnirdə Azərbaycan millisini çox bəyəndim. Onların zəngin federasiyası var. Uşaq-yeniyetmə futboluna ciddi diqqət ayırırlar. Mənə həmkarım demişdi ki, artıq 1999-cu il təvəllüdlülərdən ibarət komanda yaradılıb. Bu yaşda Avropa çempionatı onların ölkəsində yalnız 2016-cı ildə keçiriləcək”.
Qeyd edək ki, Petrakov Arif Əsədovun baş məşqçisi olduğu komandaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra indiyə kimi belə güclü Azərbaycan yığması görmədiyini açıqlayıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0