Neqredo “Tottenhem”ə keçə bilər
11.01.2013 - 05:19
“Sevilya”nın hücumçusu Alvaro Neqredo digər ingilis klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının “Sky Sports”a istinad məlumatına görə, 27 yaşlı futbolçunu “Çelsi” ilə yanaşı “Tottenhem”də transfer etmək istəyir.
Artıq Neqredonun məsələsi ilə bağlı ispan təmsilçisinin prezidenti Mariya Del Nido Londona gəlib. Klub rəhbəri onu yüksək məbləğə satmaq niyətindədir. Çünki bir neçə gün bundan öncə Nido “zadəganlar”ın 15 milyon avroluq təklifini rədd etmişdir.
Qeyd edək ki, Alvaro Neqredo 2009-cu ildən “Seviliya”da çıxış edir. O, 119 matçda forma geyinib və 61 qola imza atıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0