Dalqliş yenidən "Liverpul"a dəvət edilib
11.01.2013 - 07:16
"Liverpul" rəhbərliyi yaxın vaxtda komandanın sabiq baş məşqçisi Kenni Dalqlişə yeni vəzifə təklif etməyi planlaşdırır. Apasport.az saytının “BBC”ə istinad məlumatına görə, o, kluba məşqçi kimi deyil, idarə heyətinin üzvü kimi dəvət ediləcək.
Hətta "Liverpul"un hazırkı çalışdırıcısı Brendan Rocers də rəhbərliyin bu fikrini bəyənib. Lakin hələ ingilis komandasının sahibləri şotlandiyalı mütəxəssislə görüşməyib. 61 yaşlı çalışdırıcının bu təkliflə razılaşıb-razılaşmayacağı isə maraqla gözlənilir.
Qeyd edək ki, Kenni Dalqliş 1977-1990-cı illərdə "Liverpul"un heyətində futbolçu kimi çıxış edib. O, daha sonra iki dəfə (1985-1991, 2011-2012) bu klubun baş məşqçi vəzifəsində işləyib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0