Çempionlar Qətərdə üz-üzə gələcəklər
11.01.2013 - 07:33
Son dünya və Avropa çempionu İspaniya milli komandasının yoldaşlıq oyununda qarşılaşacağı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Visente del Boskenin yetirmələri 2011-ci ildə Cənubi Amerika kubokunun qalibi Uruqvay yığması ilə üz-üzə gələcək.
Çempionların qarşılaşması isə Qətərdə baş tutacaq. Fevralın ayının 6-da keçiriləcək matçın biletləri artıq satışa çıxarılıb.
Qeyd edək ki, Qətər 2009-cu ildə İngiltərə - Braziliya və 2010-cu ildə Argentina - Braziliya arasında keçirilən yoldaşlıq oyununa da ev sahibliyi etmişdir.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0