“Qəbələ”nin əvəzediciləri də Antalyaya gedəcək
11.01.2013 - 13:16
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2012/13 mövsümünün ikinci yarısının hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, iki mərhələdən ibarət olacaq hazırlıq prosesinin ilk hissəsi Qəbələdə baş tutacaq.
Bu məqsədlə doğma məkanda toplaşan Luis Araqonun yetirmələri dünəndən etibarən təlim-məşqlərə başlayıb. Hazırlığın ilk günü qarlı hava şəraitinə görə qapalı meydançada keçirilib. Xatırladaq ki, Qəbələ toplanışı yanvarın 17-dək davam edəcək.
Yanvarın 20-də isə komanda Antalyaya yollanacaq. Təlim-məşq prosesinin ikinci mərhələsi müddətində “qırmızı-qaralar” Bələk bölgəsində yerləşən “Papillon Ayscha” otelində məskunlaşacaq. Antalya toplanışında “Qəbələ” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər və qarşılaşmaların keçiriləcəyi tarixlər yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, “Qəbələ”nin əsas komandası da yanvarın 20-də Türkiyəyə gedəcək və Bələkdə hazırlıq keçəcək. Ancaq əvəzedicilərdən fərqli, əsas komanda Antalyanın ən yaxşı otellərindən olan “Gloria Serenity”də qalacaq.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0