AFFA limitin detallarını açıqladı
11.01.2013 - 15:27
AFFA Topaz Premyer Liqasının 2013/14 mövsümü ilə bağlı legioner limitinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında mövcud olan indiki limitin detalları açıqlanıb.
Hazırda qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemində sonunculara kimin aid ediləcəyi məlum olub. Belə ki, Topaz Premyer Liqasının 2013/2014 mövsümündə də 21 yaşadək futbolçu 1992-ci il təvəllüdlü və ondan sonrakı illərdə anadan olan oyunçu olmalıdır.
2012/13 mövsümündə də məhz 1992-ci il təvəllüdlülərin bu kateqoriyaya şamil olunduğunu nəzərə alsaq, AFFA-nın klublara güzəşt etdiyi qənaətinə gəlmək olar. Çünki davam edən çempionatda 1992-yə bərabər olan rəqəm qarşıdakı çempionatda əslində 1993-lə əvəzlənməli idi.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0