Tayson “Şaxtyor”a keçdi
12.01.2013 - 03:09
“Şaxtyor” heyətini braziliyalı hücumçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi Xarkov “Metallist”inin futbolçusu Fred Taysonla anlaşıb.
Artıq forvard yeni komandası ilə 5 illik müqavilə də imzalayıb. “Şaxtyor” Taysonun keçidi üçün “Metallist”ə 20 milyon avro verib. Bu xəbəri klubun rəsmi saytı da təsdiqləyib.
Qeyd edək ki, 24 yaşlı futbolçu “Metallist”ə 2010-cu ildə “İnternasional”dan transfer olunub. O, Xarkov təmsilçisinin heyətində 57 matçda forma geyinib və rəqib qapılarından 13 qol keçirib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0