Sankt-Peterburqda finalçılar müəyyənləşdi
12.01.2013 - 04:37
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirinin digər finalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsində Azərbaycanın 19 yaşadək milli komandası ilə eyni qrupda yer alan Ukrayna U-18 yığması Rusiya U-18 millisi ilə üz-üzə gəlib.
Qarşılaşma şimal qonşularımızın böyük hesablı qələbəsi ilə nəticələnib.
Beləliklə, rəqibini 4:1 hesabı ilə məğlub edən Rusiya U-18 yığması finalda Sankt-Peterburla üz-üzə gələcək.
Qeyd edək ki, final matçı yanvar ayının 13-də baş tutacaq. Ukrayna isə 3-cü yer uğrunda keçiriləcək oyunda Finlandiya ilə qarşılaşacaq.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0