Millimizlə heç-heçə edən komanda İtaliya ilə qarşılaşacaq
12.01.2013 - 10:50
19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən Valentin Qranatkinin xatirə turnirində 5-ci və 7-ci yer uğrunda mübarizə aparacaq cütlüklərə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, İran – İtaliya və Çexiya – Sloveniya matçlarından sonra müəyyənləşib.
Belə ki, İtaliya İranı (2:0), millimizlə qrupda 1:1-lik bərabərə qalmış Çexiya isə Sloveniyanı (2:1) məğlub etməklə 5-ci yer uğrunda görüşdə bir-birlərinə rəqib olub. İranla Sloveniya isə 7-ci yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, finalda 2 meydan sahibi qarşı-qarşıya gələcək. Rusiya Ukraynanı, Sankt-Peterburq yığması isə Finlandiyanı yenməklə finala çıxıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0