AZAL “Qəbələ” ilə eyni oteldə qalacaq
12.01.2013 - 13:13
Paytaxtda məşqlərini davam etdirən AZAL-ın hazırlıq planında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” Antalyaya yanvarın 15-də yox, bundan 2 gün sonra yola düşəcək.
Fevralın 2-dək Bələkdə məskunlaşacaq Vaqif Sadıqovun yetirmələri 4 yoxlama oyunu keçirəcək. Yanvarın 22-də Çinin “Dalyan Aerbin”, 29-da Finlandiyanın HİK, fevralın 1-də isə Rumıniyanın “Panduri” komandası AZAL-ın sınaqçı rəqibləri olacaq. İkinci rəqibin adına isə yaxın günlərdə aydınlıq gələcək.
Komanda Bələkdə qalacağı oteli də artıq müəyyənləşdirib. AZAL “Papillon Ayscha”da qalacaq.
Qeyd edək ki, “Qəbələ”nin əvəzedici komandası da bu oteldə məskunlaşacaq. Qəbələlilər bu otelə AZAL-dan 3 gün sonra gələcək.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0