“Rəvan”ın yeni transferi: Əsas millidə forma geyməyi çox arzulayıram
12.01.2013 - 15:47
“Qarşıma konkret hədəf qoyan insanam. Bu üzdən konkret təkliflə müraciət edib konkret layihədən danışan “Rəvan” rəhbərliyinin təklifini müsbət dəyərləndirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın yeni transferi Ramil Həşimzadə deyib.
Martda 22 yaşı olacaq cinah yarımmüdafiəçisi “Rəvan”a qısa müddətə gəlmədiyini, burda oynamaqla milliyə düşmək istəyini yeni klubunun rəsmi saytında dilə gətirib: “Komandanın heyətində özümü göstərib daha böyük məqsədlərimə çatmaq istəyirəm. Məsələn, əsas millidə forma geyməyi çox arzulayıram. “Rəvan”da məni ciddi rəqabətin gözlədiyini bilirəm. Ancaq bu məni çəkindirmir. Əksinə, üzərimdə daha səylə çalışıb daha artığına nail olmaq istəyirəm. Kluba qısa müddətə oynamaq üçün yox, uzunmüddətli perspektiv naminə gəlmişəm”.
Qeyd edək ki, Ramil Həşimzadə “Sumqayıt”dan transfer edilib. O, yayda “İnter”ə transfer olunsa da, sonradan futbolçu ehtiyatda qalacağını başa düşərək yenidən “Sumqayıt”a qayıtmışdı. “Rəvan” Həşimzadə ilə növbəti mövsümün sonunadək anlaşıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0