Berti Foqts: Mən buna təəccüblənmədim
17.01.2013 - 10:01
“Bavariya”nın ispaniyalı mütəxəssis Xosep Qvardiola ilə anlaşmasına təəccüblənmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts deyib.
Yığmamızın çalışdırıcısı Almaniyanın ən titullu klubu “Bavariya”nın yayda postunu tərk edəcək baş məşqçisi Yupp Haynkesə əvəzləyici tapmasına münasibət bildirib. Foqts yayda Münhen təmsilçisinin “sükanı arxasına” keçəcək Xosep Qvardiaola ilə bağlı seçimi uğurlu sayır: “Qvardiola kimi mütəxəssisin gəlməsi Bundesliqa üçün böyük işdir. Düşünürəm ki, ispaniyalı alman futboluna xas oyun üslubunu dəyişməyəcək. Sadəcə, ona əlavə impuls verəcək”.
Foqts komandanın indiki baş məşqçisi Haynkes haqda da xoş sözlər deyib: “O, müasir futbolda tam kamil mütəxəssisdir. Mənim köhnə dostum “Bavariya”da möhtəşəm iş görüb. Düşünürəm ki, mövsümün sonunda çempionluq, kubok və Çempionlar Liqası Münhen təmsilçisinin olacaq”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0