“AZAL-dan başqa, hansısa klub mənimlə maraqlanmayıb”
17.01.2013 - 14:28
“Hələ ki, karyeramı hansı klubda davam etdirəcəyim dəqiqləşməyib. Bu baxımdan yenilik yoxdur”. Bunu apasport.az saytına açıqlamasında milli komandanın sabiq futbolçusu Cəmşid Məhərrəmov deyib.
“Bakı”ya məxsus olan futbolçu komanda ilə Antalyaya aparılmayıb. Bakıdakı məşqlərdə də əsas komanda ilə birgə olmayan Cəmşid artıq özünə yeni klub axtarışındadır.
Futbolçu hələlik bir klubla danışıqlar apardığını təsdiqləyir: “AZAL ilə danışıqlarım olub. Onlar Antalyaya gedib? Xeyirli olsun. AZAL-dan başqa, hər hansı bir klub mənimlə maraqlanmayıb. 4-5 günə karyeramı harda davam etdirəcəyimə aydınlıq gələcək”.
Qeyd edək ki, Cəmşid Məhərrəmov noyabr ayının əvvəllərində əsas komandadan uzaqlaşdırılıb.
Səbuhi TOFİQOĞLU

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0