AFFA İspaniyadan məşqçi gətirdi
17.01.2013 - 18:17
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə müxtəlif namizədlərlə AFFA tərəfindən danışıqlar aparılır. Apasport.az saytının məlumatına görə, bu vəzifəyə namizədlərdən biri, ispaniyalı mütəxəssis Patrisia Qonzales hazırda Bakıdadır.
Patrisia Qonzales UEFA-nın B, A və PRO məşqçi lisenziyasına malikdir. O, Madriddəki Camilo Jose Cela Universitini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. "Rayo Valekano" klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində çalışır.
Qeyd edək ki, bu məsələ ilə bağlı danışıqlar davam etdirilir.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0