Adriano Qalliani: Bu, bizim üçün çox çətin olacaq
18.01.2013 - 05:57
Madrid “Real”ının futbolçusu Kakanın yenidən “Milan”a qayıtmaq istədiyini bildirməsindən sonra sabiq klubundan açıqlama gəlib. Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisinin vitse-prezidenti Adriano Qalliani braziliyalı yarımmüdafiəçinin keçidinin çətin olacağını vurğulayıb: “Kaka ilə müqavilə imzalamağımız mümkündürmü? Bu, bizim üçün çox çətin olacaq. Amma buna baxmayaraq şərtlərimizi irəli sürəcəyik”.
Qeyd edək ki, ötən gün Kaka "Milana geri dönmək üçün hər cür fədakarlığı etməyə hazıram" ifadəsini işlədib.
Qeyd edək ki, ötən gün Kaka "Milana geri dönmək üçün hər cür fədakarlığı etməyə hazıram" ifadəsini işlədib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0