“İnter” – “Amkar” oyununa leysan mane oldu – YENİLƏNİB
18.01.2013 - 15:51
Topaz Premyer Liqasının hazırkı lideri “İnter”in bu gün keçirməli olan 2-ci yoxlama oyunu baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, qış çempionumuzun Rusiya Premyer Liqası təmsilçisi “Amkar”la Bakı vaxtilə saat 19:00-da başlamağı nəzərdə tutulan matçı hava şəraiti üzündən təxirə salınıb.
Buna da səbəb Antalyada hazırda güclü küləklə müşayiət olunan yağmurun yağmasıdır. Hələ günün əvvəlində müşahidə olunan leysan komandalara meydana çıxmağa imkan verməyib. Buna görə də oyunun keçirilməyinin mümkün olmadığına qərar verilib.
Qeyd edək ki, “İnter” dünən ilk oyununda 2-ci Bundesliqa klubu “Aalen”lə görüşüb. 21-ci dəqiqədə Yuri Fomenkonun mükəmməl ötürməsindən sonra hesabı Samir Zərgərov açsa da, 79-cu dəqiqədə Martin Dauş cərimə zərbəsindən hesabı bərabərləşdirib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0