Hakimlərimizin debüt edəcəyi məkan müəyyənləşdi
18.01.2013 - 12:43
FİFA referisi Rəhim Həsənov və Əliyar Ağayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna təyinat alıb. Apasport.az saytının məlumatına görə, Həsənov Macarıstanda təşkil olunacaq 3-cü, Ağayev isə Almaniyada keçiriləcək 4-cü qrupun oyunlarında meydana çıxacaqlar.
Bu, 2013-cü ildən FİFA referisi adını daşıyan hər 2 ədalət təmsilçimizin beynəlxalq arenada debütü olacaq.
Bundan əlavə, Həsənova elit-raund oyunlarında FIFA referi köməkçisi Yaşar Abbasov, Ağayevə isə Mehman Mahmudov kömək edəcəklər. Hər iki qrupun oyunları martın 25-dən aprelin 1-dək olan müddətdə keçiriləcək.
Qeyd edək ki, 3-cü qrupda Macarıstan, İsveç, Finlandiya və Belarus, 4-cü qrupda isə Almaniya, Ukrayna, Bolqarıstan və Estoniya yığmaları mübarizə aparacaqlar.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0