“Rəvan”a serbiyalı yarımmüdafiəçi gəlir
18.01.2013 - 17:54
“Emin İmaməliyevlə şəxsən mən danışıqlar aparmamışam. Ola bilsin futbolçu ilə məşqçilərimiz arasında danışıqlar olub”. Bunu apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Dünən qanalı yarımmüdafiəçi Frensis Bosman və serbiyalı hücumçu Nemanya Vidakoviçlə yolları rəsmən ayıran “Rəvan” hazırda yeni legionerin gəlişini gözləyir: “Hazırda düşərgəmizdə yalnız Vasif Əliyev baxışdadır. Bu gün isə daha bir futbolçu ölkəmizə gələcək. Bu, Miloş Adamoviçdir. Sabah əvəzedici komandamızla oyun keçirəcəyik. Məşqçilər heyəti Adamoviçi bu matçda meydana buraxmağı lazım bilsə, buraxacaq. Əks halda, onun durumuna yanvarın 24-də “Qaradağ-Lökbatan”la matçda baxılacaq”.
Qeyd edək ki, 24 yaşlı Adamoviç OFK-nın yetirməsidir və dayaq yarımmüdafiəçisidir. Bu klubdan başqa, Serbiyada “Palilulats”, Vranye “Dinamo”su, Moldovada “Şerif”, Polşada “Poloniya”, Qazaxıstanda “Taraz” və “Sunkar” klublarının şərəfini qoruyub. O, Bosmanın əvəzinə komandaya dəvət olunub.
Səbuhi TOFİQOĞLU

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0