Afrika ölkələri dünya çempionatında komandalarının sayının artırılmasını tələb edir
19.01.2013 - 02:27
Afrika ölkələri dünya çempionatı üçün FİFA-dan daha bir yer tələb edir. Apasport.az saytının məlumatına görə, bu qitənin futbol federasiyalarının nümayəndələri mundialda milli komandaların az olmasından narazıdırlar.
Onlar FİFA prezidenti Yozef Blattera dünya birinciliyində Afrika ölkələrinin sayının artırılmasını və bu məsələyə yenidən baxılmasını tələb edirlər.
Həmçinin Qana Futbol Federasiyasının prezidenti Kvesi Nyantaki Afrikadan növbəti mundiala səkkiz komandanın getməsini istəyir. O, bunu afrikalıların yaxşı çıxış etməsi ilə əlaqələndirib.
Qeyd edək ki, dünya çempionatında Afrika qitəsini 5 ölkə təmsil edir.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0