“Qəbələ”nin oyunu təxirə salındı
19.01.2013 - 13:53
Antalyada hazırlıqlarını davam etdirən və toplanış çərçivəsində bu gün yoxlama oyunu keçirməyi planlaşdıran "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandasının matçı təxirə düşüb. Apasport.az saytının məlumatına görə, buna səbəb 2 gündür Antalyada səngiməyən şiddətli fırtına olub. Əgər hava şəraiti əlverişli olarsa, Danimarkanın "Oure" Akademiyası ilə keçirilməsi planlaşdırılan görüş sabah baş tutacaq.
Əlverişsiz hava şəraiti səbəbindən "Qəbələ"nin hazırlıq planında dəyişiklik edilib və komanda bu günkü məşqini fitnes mərkəzində keçirib. Məşqçilərin nəzarəti altında reallaşan məşq prosesi zamanı futbolçular müxtəlif fiziki çalışmaları yerinə yetiriblər.
Mənbə: gabalafc.az

- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0