“Qarabağ” ardıcıl 2 oyuna çıxacaq
30.01.2013 - 17:32
“Qarabağ”ın Antalyada keçirdiyi təlim-məşq toplanışı sona yaxınlaşır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 4-cü yoxlama oyununu dünən “Turnovo” ilə keçirən ağdamlılar bu günü tək məşqlə keçirib. Saat 11:00-da baş tutan çalışmada dünən axşam əsas millinin düşərgəsinə yollanan 5 futbolçu - Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseyinov, Vüqar Nadirov, Vaqif Cavadov iştirak etməyib.
Fevralın 3-ə kimi qardaş ölkədə qalacaq komanda daha 2 yoxlama oyunu keçirəcək. Belə ki, “Qarabağ” fevralın 1-i və 2-də ardıcıl 2 matça çıxacaq. İlk rəqib Gürcüstanın “Zestafoni”, növbəti oyun isə Moldovanın “Tiraspol” klubu ilədir. Hər 2 oyunun başlama vaxtı saat 15:00-a nəzərdə tutulub. Matçlar Bələkdə, “İC Santai” otelinin futbol meydançasında baş tutacaq.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0