Melo 4 oyunluq cəzalandı
01.02.2013 - 03:30
"Qalatasaray"ın braziliyalı yarımmüdafiəçisi Felipe Melo Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu Superliqanın 19-cu turunda "Beşiktaş"la (2:1) derbi matçında rəqib oyunçu Oğuzxan Özyaqubun üzünə tüpürdüyü üçün 4 matç komandasına kömək edə bilməyəcək.
Bundan başqa Meloya 10 min lirə pul cəzası da kəsilib. Artıq “Cim-Bom”un vitse-prezidenti Əli Dürüst qərara münasibətini bildirib: "Açıq-aydın görünür ki, Melo rəqib futbolçunun üzünə tüpürməyib. Sonuna qədər öz hüquqlarımızdan istifadə edib, Felipeni müdafiə edəcəyik. Bununla bağlı şikayət ərizəsi də hazırlayacağıq”.
Qeyd edək ki, “Qalatasaray” Türkiyə Superliqanın 20-ci turunda sabah səfərdə “Bursaspor”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0