Yığma tarixində ilk: Futbolçumuz Bundesliqa tarixinə düşdü
04.02.2013 - 09:44
Milli komandamızın futbolçusu Əli Gökdəmir “Hannover 96”nın əsas komandasına cəlb olunub. Apasport.az saytının məlumatına görə, Almaniya doğumlu oyunçumuz Bundesliqasının son turunda meydana çıxa bilərmiş.
Belə ki, baş məşqçi Mirko Slomka onu Bremendə keçirilən “Verder”lə matçda “18-liy”ə salıb. Onunla birlikdə əvəzedici komanda sayılan U-23-dən dəvət olunan Dəniz Kadaha 79-cu dəqiqədə şans verilsə də, Gökdəmir meydana buraxılmayıb. Müdafiəyəmeylli futbolçumuzun debüt etməsinə isə hannoverlilərin son dəqiqələrdə 2 top buraxması mane olub.
Qeyd edək ki, Əli Portuqaliyada keçirilən təlim-məşq toplanışında “Herenven”ə qarşı yoxlama oyununda oynasa da, sonradan zədə alaraq sıradan çıxmışdı. Ancaq Slomka Gökdəmiri tərifləyərək onu əsas komandada oynadacağını bildirmişdi.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0