Luis Astiazaran Badiolanın iddialarını təkzib etdi
05.02.2013 - 03:41
“Real Sosyedad”ın sabiq prezidenti İnyaki Badiola bask təmsilçisinin 2001-2008-ci illərdə dopinq qəbul etdiyi iddialarını İspaniya Professional Futbol Liqasının (LFP) rəhəri Joze Luis Astiazaran təkzib edib. Apasport.az saytının məlumatına görə, 2001-2005 illərdə sözügedən klubun prezidenti olan Astiazaran iddiaların saxta olduğunu bildirib.
O, belə sensasion açıqlama verən Badiolanı məhkəməyə verəcəyini vurğulayıb. Həmçinin Joze Luis “Real Sosyedad”a rəhbərlik etdiyi dövrdə hər zaman etik və professional işləyən sağlamlıq qruplarının, qeyri-qanuni maddələr istifadə ilə bağlı şübhələnməsini səbəb olan heç bir hadisəyə rast gəlmədiyini, doping idarə mərkəzləri ilə həmişə çox sıx əməkdaşlıq içində olduqlarını və əsla problem yaşamadıqlarını ifadə edib.
2008-ci ilin yanvar ilə dekabr ayları arasında “Real Sosyedad”ın rəhbəri olan Badiolanın özünə qarşı fərqli mövzularda iddialar çıxardığını, ancaq bunların hamısını itirdiyini dilə gətirən Astiazaran, haqqındakı bütün günahlandırmalardan bəraət qazanacağını bildirib.
Qeyd edək ki, Badiola “AS” nəşrinə açıqlamasında, 2008-ci ildə “Real Sosyedad” həkimlər Eduardo Eskobar və Anton Qoroçateqanı ifşa edərək, onların qanunsuz fəaliyyətlərini rəsmən bəyan edib.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0