Millimizin üzvü Krasnodarda oynayacaq
21.11.2013 - 18:49
Qadın voleybolçular arasında Rusiya kubokunun final mərhələsinin keçiriləcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 6 komandanın qatılacağı həlledici mərhələ Krasnodarda baş tutacaq.
Azərbaycan milli komandasının hücumçusu Ntalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” da 2014-cü il yanvarın 27-31-də keçiriləcək finala qatılacaq. Bu komanda ilə yanaşı Moskva və Kazan “Dinamo”su, “Uraloçka-NTMK” ilkin mərhələdə qrup qalibi olmaqla finala çıxıb. “Zareçye-Odintsovo” və Krasnodar “Dinamo”su isə Ümumrusiya Voleybol Federasiyasının qərarı ilə yarışda çıxış edəcək. Artıq yarışın püşkü də atılıb. Natalyanın komandası Moskva və Krasnodar təmsilçiləri ilə eyni qrupda oynayacaq.
Qeyd edək ki, həm “Omiçka”, həm də Moskva “Dinamo”su Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin rəqiblərindəndir.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0