Mister Binə görə Adrian Mutu millidən qovuldu - FOTO
22.11.2013 - 02:20
Rumıniya Futbol Federasiyası Adrian Mutunu birdəfəlik millidən kənarlaşdırıb. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb 34 yaşlı hücumçunun yığmanın baş məşqçisi Viktor Piçurka ilə məzələnərək onu tənqid etməsidir.
Hazırda Fransanın “Ayaçço” klubunda çıxış edən Mutu “Facebook”dakı şəxsi səhifəsində məşqçisinin karikaturasını yerləşdirib. Futbolçu şəkildə Piçurkanı məşhur komediya aktyoru Rouen Atkinsonun yaratdığı Mister Bin obrazına bənzədib. Yunanıstanla oyundan sonra bu addımı atan Adrian, bununla uğursuzluğa görə, baş məşqçisini günahlandırıb və onu tənqid edib.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsinin pley-off oyunları çərçivəsində ilk oyunda Yunanıstana 3:1 hesabı ilə məğlub olan məğlub olan , Rumıniya ikinci matçda da 1:1 bərabərə qalaraq Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0