Klopp: Bu suala hələ də bir cavab tapa bilməmişəm
22.11.2013 - 05:37
Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp həftəsonu Bundesliqanın 13-cü turu çərçivəsində lider “Bavariya” ilə keçirəcəkləri oyun barədə maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan alman mütəxəssis Münhen klubunun hegemoniyasına son verəcəklərini deyib:
“100 faiz oyunumuzu ortaya qoyanda rəqiblərimizi iflic edən bir sistemimiz var. Bir çox zədəli futbolçumuzun olduğu doğrudur, amma əlimizdən gələni edib, rəqibin uğurlu seriyasını qıracağıq. “Bavariya” pis oynayanda belə qalib gələ bilir. Onsuz da, yaxşı oynayanda qazanırlar. Bəs bununla necə bacaracağıq? Bu suala hələ də bir cavab tapa bilməmişəm, amma həftəsonu “Bavariya”nı udaraq onların da məğlub ola biləcəyini bütün dünyaya göstərəcəyik”.
Qeyd edək ki, “Borussiya” – “Bavariya” qarşılaşması noyabrın 23-də keçiriləcək.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0