Messi Arda və Məsutla bağlı nə dedi?
22.11.2013 - 06:56
“Barselona”nın hücumçusu Lionel Messi türk futbolçular Arda Turan və Məsut Özil haqqında danışıb. Apasport.az saytının məlumatına görə, argentinalı ulduz hər iki yarımmüdafiəçi barədə müsbət fikirlər səsləndirib.
Messi Arda və klubu “Atletiko” ilə bağlı bu sözləri deyib: “Atletiko” çox rəqabətcil komandadır. Bu tempdə oynamalarını heç kim gözləmirdi. Amma ötən mövsümdən bəri bütün turnirlərdə üstün çıxış nümayiş etdirirlər. Dieqo Simeone böyük iş görür. Arda səviyyəsi ilə matçlarda vaxtı çox yaxşı idarə edən bir futbolçudur”.
Özilin çox dəyərli futbolçu olduğunu deyən təcrübəli forvard sözlərinə belə davam edib: “Əgər Almaniyadan bir futbolçu seçməli olsam, bu Məsut olar. O, çox səviyyəlidir və oyunundan çox xoşuma gəlir”.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0