“Eyndhoven”in qapıçısı: Azərbaycan çempionu tarazlığı pozdu
22.11.2013 - 09:48
Azərbaycan çempionu “Araz” futzal üzrə UEFA kubokunun elit-raundunun ilk matçında Hollandiya təmsilçisi “Eyndhoven”i məğlub edib. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi 6:3 hesabı ilə məğlub etdiyi rəqibinin müqavimətini ilk hissənin 2-ci yarısında qırmağa nail olub.
Belə ki, ilk 10 dəqiqədən sonra hesab 2:2 olduğundan hollandiyalılar da matçın sonradan əldən verildiyini düşünür. “Eyndhoven”in qapıçısı Petrus Qrimmelius “Araz”ın üstünlüyə yiyələnməsi üçün vaxt lazım olduğunu bildirib: “Oyunun əvvəli bizim üçün yaxşı keçdi. Lakin az keçməmiş meydandakı qüvvələr nisbətində tarazlıq pozuldu. Rəqibimizin üstünlük qazanmadı üçün müəyyən vaxt lazım gəldi”.
Qeyd edək ki, “Araz” ilk yarıda 3:2, yekunda isə 6:3 hesabı ilə qalib gəlib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0