“Bavariya”da xain var!
25.11.2013 - 09:57
Çempionlar Liqasının sonuncu qalibi olan Almaniyanın “Bavariya” klubunun heyətində xain var. Apasport.az saytının xəbərinə görə, münhenli futbolçulardan biri Bundesliqanın XIII turunda Dortmund “Borussiya”sı ilə səfər görüş ərəfəsində mətbuata önəmli məlumatlar ötürüb.
Belə ki, qarşılaşmadan əvvəl “Bild” nəşri “Bavariya”nın dortmundlulara qarşı hansı planla hərəkət edəcəyi, taktiki sxemin nə cür olacağı ilə bağlı məlumat ötürüb. Lakin deyəsən, bu, hələlik adı açıqlanmayan futbolçuya baha başa gələcək.
Münhenlilərin baş məşqçisi Xosep Qvardiola Almaniya mətbuatına açıqlamasında həmin xainin tezliklə ifşa ediləcəyini və komandadan qovulacağını bəyan edib: “Bunu kimin etdiyinin mənim üçün heç bir önəmi yoxdur. Həmin futbolçu komandadan gedəcək. Bu xəyanətdir”.
Qeyd edək ki, “Borussiya” – “Bavariya” görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0