Yalnız Fərid Quliyevin komandası uduzdu
25.11.2013 - 10:20
Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” ilk dəfə səfər matçında xal itirib. Apasport.az saytının məlumatına görə, Ordu klubu Qara dəniz derbisində “1461 Trabzon”la heç-heçə edib – 1:1. Subaşiç meydana 69-cu dəqiqədə Ziya Alkurtun yerinə daxil olub.
Millimizin sabiq hücumçusu Fərid Quliyevin məxsus olduğu “Kahramanmaraşspor” Cavid Hüseynovun sabiq komandası “Adana Dəmirspor”la səfər görüşündə 0:3 hesabı ilə məğlub olub. Quliyev “18-lik”də yer almayıb.
Saşa Yunisoğlu ilə Arif İsayevin çıxış etdiyi “Dənizlispor” doğma azarkeşləri önündə “İstanbul BB” ilə heç-heçə edib – 1:1. Zədəli Arif İsayevin “18-lik”də olmadığı görüşdə Yunisoğlu 90 dəqiqə meydanda olub.
“Fəthiyəspor”la “Tavşanlı Linyitspor”un görüşündə (2:2) birincilərin qapıçısı Davud Kərimi ehtiyatda qalıbsa, Usim Nduka 90 dəqiqə oynayıb və 68-ci dəqiqədə sarı vərəqə alıb. U-21-in qapıçısı Andrey Popoviç isə “18-lik”də yer almayıb.
Qeyd edək ki, “Orduspor” yenə lider mövqeyini itirməyib. “Dənizlispor” XII, “Tavşanlı Linyitspor” XVII, “Kahramanmaraşspor” isə XVIII pillədədir. “Fəthiyəspor” isə yenə sonuncu pillədədir.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0