Ən yaxşıların yaxşısı - FOTO
25.11.2013 - 10:48
Futzal üzrə UEFA kubokunun ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, elit-raund başa çatdıqdan sonrakı siyahıda Azərbaycan çempionu “Araz”ın da oyunçusu yer alıb.
Təmsilçimizin italiyalı legioneri Fabiano 8 qolla ən məhsuldar oyunçular siyahısında 4-cü pillədə qərarlaşıb. Hücumçumuz bu mövqeni eyni sayda qol vuran Mohamed Labiad (“Hamburq”, Almaniya), Slobodan Rayçeviç (“Ekonomak”, Serbiya), Sergey Krikunla (“Vitebsk”, Belarus) bölüşür. Siyahıya isə Fransa “Paris”inin futzalçıları Betinyo (12 qol), Aleksandr Teyşeyra (9 qol), Bosniya və Herseqovina təmsilçisi “Sarayevo”nun üzvü Anel Radmiloviç (9 qol) başçılıq edirlər.
Lakin həm Fabianonun şərikləri, həm də ondan çox qol vuranların çıxış etdiyi komandalar UEFA kubokunda mübarizəni dayandırıb. “Dördlər finalı”na çıxan ən yaxşı klubların ən yaxşı bombardiri isə məhz “Araz”ın oyunçusudur. Fabiano gələn ilin aprelində baş tutacaq həlledici görüşlərdə qol sayını artırmaqla turnirin ən məhsuldar futzalçısı da ola bilər.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0