Tallinn və Bişkek səfəri: Millimiz 7 pillə geriləyəcək!
25.11.2013 - 13:27
Azərbaycan yığmasının bu həftə açıqlanacaq FİFA reytinqində mövqeyi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, ali futbol qurumunun noyabrın 28-də rəsmən açıqlayacağı siyahı artıq indidən məlumdur.
Noyabrda 2 yoxlama görüşü keçirən millimiz ayın 15-də Tallinndə Estoniyaya 1:2 uduzub, 4 gün sonra Bişkekdə Qırğızıstanla qolsuz heç-heçə edib ki, bu da 3 gün sonra açıqlanacaq reytinq cədvəlində geriləməyə səbəb olub.
Oktyabrda planetin 88-ci komandası olan Berti Foqtsun yetirmələri bu dəfə 95-ci sırada qərarlaşacaq. Yeni siyahıda hesabında 363 xalı olan yığmamız 7 pillə geri düşəcək. Komandamız ötən ay özündən arxada qərarlaşan Efiopiya, Çin, Anqola, Oman, Konqo, Şimali İrlandiya və Salvador millilərindən geri qalacaq.
Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1554), Almaniya (1318) və Argentina (1251) yığmaları liderliyini qoruya bilib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0