“Sumqayıt”dan antirekord
25.11.2013 - 16:33
Topaz Premyer Liqasının 14-cü turu “Sumqayıt” klubu üçün antirekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi öz meydanında “Simurq”a uduzmaqla (0:1) qələbəsiz oyunlar seriyasını 11-ə çatdırıb.
Aqil Məmmədovun yetirmələri sonuncu dəfə 4-cü turun avqustun 19-da baş tutan “Qəbələ”yə qarşı ev oyununda əldə etmişdi – 2:1. Bu, həm də, komandanın cari mövsümdəki tək qələbəsidir.
Həmin vaxtdan qalib gələ bilməyən komanda indiyədək ən pis halda ardıcıl 10 görüşdə qələbə qazanmamışdı. Premyer Liqada 2011/12 mövsümündə debüt edən sumqayıtlılar startdakı 10 matçda qalib gələ bilməmişdi. 2011-ci il oktyabrın 30-da “Sumqayıt” AZAL üzərində 2:1 hesablı qələbə ilə uğursuz seriyasını dayandırmışdı.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0