UEFA qasırğada ölənləri yaddan çıxarmadı
25.11.2013 - 17:14
UEFA Filippində qasırğa zamanı həlak olanların xatirəsini yad edəcək. Apasport.az saytının məlumatına görə, noyabrın 26-sı və 27-də keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunları zamanı “Filippinlilər, biz sizinləyik” bannerləri nümayiş etdiriləcək.
UEFA prezidenti bununla bağlı rəhbərlik etdiyi qurumun saytına açıqlama verib: “Biz həlak olanlara başsağlığı verməklə yanaşı, bu ölkəyə öz dəstəyimizi nümayiş etdirmək istəyirik. Zərərçəkənlərə güc və səbr arzulayırıq”.
Qeyd edək ki, noyabrın 8-dən başlayan və bir neçə gün davam edən “Yolanda” qasırğası zamanı 12 milyon insan zərər çəkib, onlardan 1 milyona yaxını məcburi köçkün olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı təxminən 4500 nəfərə çatıb.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0