“Qarabağ”ın futbolçusu: Heyətə “Barselona” və “Real”dan futbolçular çağırılır
26.11.2013 - 00:01
“Makedoniya telekanalları yığmamızın Azərbaycan U-21-i ilə oyununu vermirdi. Ona görə də qarşılaşmaya canlı yox, icmal şəklində sonradan baxmışam”. Bunu apasport.az saytına “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem deyib.
Noyabrın 15-də U-21 millimiz seçmə mərhələdə Skopyedə makedoniyalı həmyaşıdları ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdən minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
2009-2010-cu illərdə Makedoniya U-21-də 11 oyuna 4 qol vurmuş Muarem bu qarşılaşma haqqında fikirlərini açıqlayıb: “Makedoniya U-21-inin yaxşı baş məşqçisi (Boban Babunskini nəzərdə tutur – S.T.) var. İndiki heyətə nəzər saldıqda komanda da güclüdür. Heyətə “Barselona” və “Real”dan futbolçular çağırılır”.
25 yaşlı futbolçu bununla belə, millimizin də güclü olduğunu bildirib: “Futbol belədir, bir dəfə sən qalib gələrsən, gələn dəfə o biri komanda. Sizin komanda da zəif deyil. Heyətdə Qara Qarayev, Hacı Əhmədov və Araz Abdullayev kimi futbolçular var. Bu futbolçuların bəzən əsas milli komandaya çağırılması Azərbaycanın da heyətinin zəif olmadığını göstərir”.
Qeyd edək ki, U-21-in Makedoniya ilə Bakıdakı oyunu qolsuz heç-heçə ilə başa çatıb.
Səbuhi TOFİQOĞLU

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0