Millimizin futbolçusu “Bursaspor”a yenə qol vurdu - FOTO
26.11.2013 - 10:02
Azərbaycan yığmasının üzvü Ufuk Budak “Əskişəhərspor”un əvəzedici komandasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçu “Bursaspor”la səfər matçının iştirakçılarından olub.
Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan və 90 dəqiqə mübarizə aparan Ufuk Budak müdafiəçi olmasına baxmayaraq, yenə qol vurub. Budak 70-ci dəqiqədə hesab arasındakı fərqi 3-ə endirən qola imza atıb.
Bu, Ufukun “Bursaspor”a vurduğu 2-ci qoldur. Tərəflərin sentyabrın 30-da Əskişəhərdə keçirilən ilk matçında (3:0) futbolçumuz görüşdə yekun nöqtəni qoymuşdu. Bu ümumilikdə isə onun əvəzedici komandada fərqləndiyi 3-cü görüşdür.
Qeyd edək ki, 3-cü qrupda yer alan “Əskişəhərspor” 7 komanda arasında V pillədədir. “EsEs”in 9 xalı var.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0