“Qəbələ” Türkiyədə 2 mərhələli toplanış keçəcək
26.11.2013 - 10:44
“Qəbələ”nin qış fasiləsində keçirəcəyi təlim-məşq toplanışının vaxtı dəqiqləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, hazırda turnir cədvəlinin üçüncü sırasında qərarlaşan “qırmızı-qaralar” ötən illərdə olduğu kimi, yenə Türkiyənin Bələk bölgəsində hazırlıq keçəcək.
Əvvəllər hazırlıqlara Qəbələdə başlayan bölgə təmsilçisi bu dəfə Yuri Syominin istəyinə uyğun olaraq məşqlərə Türkiyədə start verəcək. Komandanın toplanışı 2 mərhələdən ibarət olacaq. İlk mərhələ yanvarın 5-də başlayıb, 16-da başa çatacaq. İkinci mərhələnin tarixi isə 20-27 yanvar tarixlərini əhatə edəcək. Yanvarın 17-19-u aralığındakı 3 gün isə futbolçuların istirahətinə sərf olunacaq.
Qeyd edək ki, komandanın toplanışın ilk mərhələsi zamanı daha çox fiziki hazırlığa diqqət yetirəcəyi gözlənilir. Növbəti mərhələ zamanı isə yoxlama oyunlarının keçirilməsi planlaşdırılır.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0