İvitsa Osim: Azərbaycanı qiymətləndirməmək olmaz
26.11.2013 - 18:17
“Serbiya istedadlı futbolçuları ilə tanınıb, tanınır və belə də olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri sabiq Yuqoslaviya futbolunun əfsanələrindən olan İvitsa Osim deyib.
Tanınmış mütəxəssis dünyanın az qala hər yerinə oyunçu paylayan Balkan ölkələrinin potensialından danışıb: “Yuqoslaviyanın dağılmasından 6 ölkə yarandı. Hamı futbolçu axtarışı üçün bu ölkələrə baxır. Amma Azərbaycan, Qazaxıstan, Ermənistan və Özbəkistanı da qiymətləndirməmək olmaz. Axı onlar da SSRİ kimi böyük ölkədən ayrılıblar. Bu üzdən onların da potensialı böyükdür”.
Qeyd edək ki, Osim Yuqoslaviya yığmasını Avro-1992-nin final mərhələsinə çıxarsa da, ölkəsi parçalandığı üçün yarışa sonda gözlənilmədən çempion adını qazanan Danimarka millisi yollanmışdı.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0