Klub tarixinə düşdü – 150-ci qolla
13.05.2021 - 12:37
İtaliya A seriyasının XXXV turunda “Parma”nı qəbul edən “Latsio” 1:0 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinə 3 xalı gətirən qolun müəllifi Çiro İmmobile tarixə düşüb.
Bu, İtaliya millisinin üzvünün “Latsio”nun heyətində bütün turnirlərdə vurduğu 150-ci top olub. 149 qolla klub tarixinin bombardiri olan Silvio Piolini geridə qoyan İmmobile yeni rekorda imza atıb. O, son 6 görüşdə 6 dəfə fərqlənib.
Qeyd edək ki, “Latsio” hazırda A seriyasında 6-cı sırada qərarlaşıb. İmmobile isə bu mövsüm çempionatda 20 qol vurub.
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
0
0