“Çempionlar Liqasına vəsiqə qazanmasaq, uğursuzluq olar. Amma hələ də şans var”.
Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.
Almaniyalı mütəxəssis transfer siyasətinə də toxunub. O, Kilian Mbappe, Erlinq Haland, Ceydon Sanço kimi futbolçuların keçidinə inanmadığını söyləyib: “Yay “transfer bazarı” çox qəribə olacaq. Böyük pul qarşılığında keçidlər, Mbappe, Haland, Sanço kimi oyunçuların transferləri haqda çox şey eşidirəm. Düşünürəm ki, onların transferi bu yay baş tutmayacaq. Futbol dünyası əvvəlki kimi deyil. Bizim üçün zədəlilərin qayıtması ilk transferlərimiz olacaq və onlar komandanı gücləndirəcəklər”.
Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşıb.
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO