“Tottenhem”in baş məşqçisi Ange Postekoğlu əfsanəvi Ferents Puşkaşın sürücüsü olub.
Apasport.az saytı xəbər verir ki, o, bu barədə xatirələrini bölüşüb.
Puşkaşla Postekoğlunun yolu Avstraliyada kəsişib. Bu, 80-cıillərini sonuna təsadüf edib. Həmin günləri təcrübəli mütəxəssis belə xatırlayır: “Futbol məni inanılmaz insanla qarşılaşdırdı. Kapitan idim, nəticədə Puşkaşın tərcüməçisi və sürücüsü oldum. Onun həyata fərqli baxışı var idi. O, həmişə komandanın çox qol vurmasının istəyirdi. Biz 5:4 hesab ilə qələbə qazananda Puşkaş daha xoşbəxt idi, nəinki 1:0 hesabı ilə qələbə qazananda”.
Qeyd edək ki, Postekoğlu “Saut Melburn”da çıxış edərkən Puşkaş 1989-cu ildə komandanın baş məşqçisi təyin olunub. 1992-ci ildə ilədək komandaya başçılıq edən macar bir dəfə çempionluğa sevinib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı