"Arsenal"ın yeni transfer hədəfi: "ROMA"DAN
12.06.2026 - 12:31
"Arsenal"ın yeni transfer hədəfi: "ROMA"DAN

“Arsenal” “Roma”nın yarımmüdafiəçisi Manu Kone ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

London klubu 25 yaşlı futbolçunun transfer variantını nəzərdən keçirir. “Topçular” hələlik rəsmi təklif göndərməsə də, oyunçunun nümayəndələri ilə ilkin təmaslar qurub.

Konenin “Roma” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Fransa millisinin üzvü ilə “Aston Villa”nın da maraqlandığı bildirilir.

Qeyd edək ki, Manu Kone ötən mövsüm bütün turnirlərdə 37 matçda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.