“Bavariya”nın transfer tələbi – 50 milyon
22.10.2023 - 15:08
“Bavariya”nın Alfonso Deyvisi satacağı rəqəm bəlli olub.
Apasport.az-ın məlumatına görə, Münhen klubu onu 50 milyon avrodan aşağı qiymətə satmayacaq.
Bu barədə Almaniyanın məşhur “Bild” nəşri xəbər yayıb. “Real”ın yaxından maraqladığı kanadalı müdafiəçi, böyük ehtimalla, mövsümün sonunda “Bavariya”nı tərk edəcək. Klubla 2025-ci ilin yayında müqaviləsi bitəcək Deyvis yeni razılaşma imzalamayıb.
Qeyd edək ki, Madrid klubu 31 yaşlı Daniel Karvalyonu əvəz edəcək futbolçu axtarır. Klub rəhbərliyi Alfonsonu bu mövqedə əsas transfer hədəfi seçib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0